Şəhid övladlarına hədiyyələr paylanılıb - FOTO
12:54 01.06.2021
Arxiv
760
1 iyun 2021-ci il tarixində Tovuz “ASAN xidmət”də “Hədiyyə Karvanı” layihəsinin açılış mərasimi keçirilib.
Layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılır.
Layihə çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanılacaq. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının rəhbəri Mehmet Mutlu, Türkiyə Böyük Millət Məclisinin 22-ci və 26-cı çağırış Ərzurum millət vəkili Mustafa İlıcalı, İstanbul Universitetinin rektor köməkçisi İlyas Topsakal, Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Rəvanə Həsənli, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova çıxış ediblər.
Mərasimin ardından Tovuz “ASAN xidmət” mərkəzində həmin rayondan olan şəhidlərimizin uşaqlarına hədiyyələrin paylanılmasına start verilib.
Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” layihəsi 13 iyun tarixinədək davam edəcək. Bu çərçivədə ölkəmizin müxtəlif şəhər və rayonlarına səfər ediləcək və həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunmaqla onların övladlarına hədiyyələr paylanılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat