Şəhidin atası: "Aprel döyüşü xalqımızın qələbəni dadmasına şərait yaratdı"
11:37 04.04.2017
Arxiv
867
"Aprel ayı tək şəhid ailələrinin deyil, bütün xalqın qəlbində qələbə ayı kimi qaldı”.
Bunu Sherg.az-a aprel döyüşlərinin ildönümü ilə əlaqədar danışarkən Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, şəhid Murad Mirzəyevin atası Telman Mirzəyev deyib.
O bildirib ki, ötən ilin aprel ayında, 23 ildən sonra torpaqlarımızın müəyyən bir hissəsinin geri qaytarılması xalqın qələbəni dadmasına şərait yaratdı:
"Qəhrəmanımız Murad Mirzəyev isə bir hərbçi, zabit kimi xalqımızın xidmətində durmaq, torpaqlarımızın keşiyi çəkmək borcunun öhdəsindən gələ bildi. Onun işi vətən uğrunda mübarizə aparmaq idi. Bu xidmətini layiqincə yerinə yetirib, şəhidlik zirvəsinə ucaldı. Bu, allahın bir qisməti idi”.
2016-cı ilin aprel ayının yaddaşımızda həmişə qalacağını söyləyən şəhid atası, vətən uğrunda canını qurban vermiş övladlarımızın xatirəsinin əziz tutulmasından, dövlətin onlara verdiyi ən yüksək diqqət və qayğıdan, Azərbaycan xalqının Murad Mirzəyevə və ümumən şəhidlərə olan sayğısından razılığını ifadə edib:
"Bu günlərdə hər kəs vətəni qorumaq lazım olduğunu anlayır. Könüllü olaraq hərbi xidmətə gedir, xalqın müdafiəsində durur. Bu gün heç çağırışa ehtiyac olmadan gənclər özləri hərbi xidmət keçmək üçün müraciət edir. Bütün bu ruh yüksəkliyi Azərbaycanı qələbəyə bir az da yaxınlaşdırır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya