Şəhidin oğlu: " Dövlət şəhidləri və ailələrini unutmur"





" Allah cənab Prezidenti Azərbaycanın başı üzərindən əskik etməsin”.

Bunu "Sherg.az"a 1993-cü il də Sumqayıt şəhərindən olan şəhid Ağayev Sücəddin Asif oğlunun oğlu Ağazadə Rauf Sücəddin oğlu bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını söyləyən R.Ağazadə qeyd edib ki, Azərbaycan dövləti heç vaxt şəhidləri və onların ailəsini yaddan çıxarmır:

"Cənab Prezidentin torpaq uğrunda şəhid olanların ailələrinə bu dəstəyi, qayğısı hər birimizi çox sevindirdi. Çünki pula ehtiyacımız vardı. Allah ölkə başçısını və onun xanımını, övladlarını qorusun. Ötənlərdə 11min manatlıq ödəməni rahatlıqla aldıq. Və həmin pulla banka olan borcumuzu bağladıq. Çox sağ olsun cənab Prezident ! Ailəmin və özümün adından ölkə başçısına minnətdarlıq edirəm”.


Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu