Şəhidin oğlu sevinir: "Bu ödəmə sosial şəraitimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırdı"





"Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan xalqına daim diqqət, qayğı göstərirlər”.

Bunu "Sherg.az"a Ağdərə rayonundan olan şəhid Əliyev Hüsü Əli oğlunun oğlu Əliyev Sabir Hüsü oğlu bildirib.

Şəhid vərəsələri üçün nəzərdə tutulan birdəfəlik 11 min manatı aldığını söyləyən S.Əliyev qeyd edib ki, dövlət başçımızın bu addımı hər biri şəhid ailəsini qürurlandırır:

"Cənab Prezident daim Azərbaycanın bütövlüyü uğrunda həlak olan şəhidləri və ya qaziləri diqqət mərkəzində saxlayıb. Bir şəhid oğlu kimi ölkə başçısının bu addımı məni sevindirir. Cənab Prezidentin şəhid ailələrinə qayğısı sonsuz olub. 

Bu addım da onun sübutudur. Allah ölkə başçısını və ailəsini qorusun. Edilən ödəmə ailəmizin sosial şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bunun üçün cənab Prezidentə minnətdaram”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Kənan Eynuroğlu