Şəhidin qardaşı:"Prezident bizə daim diqqət göstərir"





"Bizə göstərdiyi diqqətə görə, cənab Prezidentə öz adımdan, ailəmiz adından təşəkkür edirəm”.

Bu sözləri "Sherg.az”a açıqlamasında 1992-ci ildə Kəlbəcərdə şəhid olmuş Qurbanov Akif Sabir oğlunun qardaşı Qurbanov Raqif Sabir oğlu deyib.

Şəhid vərəsəsi artıq vəsaiti aldıqlarını bildirib:

 "Ölkə başçısı heç vaxt şəhid ailələrindən öz qayğısını əsirgəməyib. Birdəfəlik yardımın verilməsi şəhid ailələrinin maddi durumunun yaxşılaşması üçün nəzərdə tutulub. Bu yardıma görə Prezidentimizə təşəkkür edirik. Allah ona can sağlığı versin”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Yeganə Bayramova