Şəhidin qızı bu qərarı alqışlayır: "Şəhidlərimizə hörmət ən yüksək səviyyədədir"



"Hər zaman Prezident İlham Əliyevin qayğısını görmüşük. 11 min manat bizə çox böyük kömək oldu”

Bu sözləri "Sherg.az”a açıqlamasında 1995-ci ildə Şəmkir rayonunda şəhid olmuş Nuruyev Ayaz Yusif oğlunun qızı Nuruyeva Aytən Ayaz qızı deyib:

"Cənab Prezidentə minnətdarlığımı bildirirəm. O şəhid ailələrindən diqqət və qayğısını əsirgəməyib. Bütün ailəmiz adından cənab Prezidentə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik. Şəhidlərimizə hörmət ən yüksək səviyyədədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Yeganə Bayramova