Sekuta gedir, heç nə ilə yadda qalmayacaq
11:00 17.03.2018
Arxiv
705
“O, bütün qeyri-siyasi tədbirlərdə iştirak etsə də, aktual məsələlərdə sükuta üstünlük verirdi”
Xəbər verdiyimiz kimi, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik fəaliyyəti martın 27-də başa çatır. Səfirin ayın sonunda Azərbaycanı tərk edəcəyi gözlənilir. Sekuta 2015-ci ilin fevralından Azərbaycanda səfir vəzifəsinin icrasına başlayıb.
3 ildən bir qədər artıq müddətdə ölkəsinin diplomatik nümayəndəliyinə rəhbərlik etmiş Sekuta ABŞ-ın Bakıya göndərdiyi ən "dişsiz” səfirlərdən biri kimi dəyərləndirilir. Fəaliyyəti dövründə siyasi proseslərə heç bir reaksiya verməyən Sekuta ABŞ-Azərbaycan münasibətlərinin gərginləşdiyi dönəmlərdə də hər hansı təşəbbüsü ilə yadda qalmayıb. Bununla belə, Sekuta dəvət olunduğu mədəni tədbirlərin "bəzəyinə” çevrilib. Bütün bayramlarda həvəslə iştirak edən ABŞ səfiri milli kulinariyaya marağı üzündən "fəxri dequstator” adını layiqincə haqq edib. Xatırladaq ki, qarşıdan gələn Novruz bayramı amerikalı diplomatın Azərbaycanda qatılacağı sonuncu şənlik olacaq. Maraqlıdır, görəsən, yerli politoloqlar dünyanın yeganə superdövləti statusunu özündə saxlayan ABŞ-ın son 3 ildə Azərbaycanda nümayəndəsi olan Sekutanın fəaliyyəti haqqında nə fikirləşirlər? Sekutanın fəaliyyətini dəyərləndirən politoloq Elxan Şahinoğlu amerikalı diplomatın heç nə ilə yadda qalmadığı qənaətindədir: "Sekutanın səfir postuna təyinatı və onun öz vəzifəsinin icrasına başlaması xeyli yubandı. Lakin bu prosedurlar öz həllini tapdıqdan sonra Sekuta nəhayət, işinin başına keçə bildi. Ancaq təəssüf ki, Sekutanın diplomatik fəaliyyəti barəsində geniş danışmaq mümkün deyil. Onun xüsusilə, ciddi məsələlərdə səssiz qalması, həmçinin, ikitərəfli münasibətlərin inkişafı üçün ciddi addımlar atmaması hər zaman tənqid olunub. O baxımdan, Sekutanın fəaliyyət dövrünün effektiv olmadığını deyə bilərik. Xatırladım ki, vaxtilə ABŞ-ı Azərbaycanda təmsil edən Rino Harniş və Riçard Armitac öz fəallıqları ilə seçilirdilər, bütün ciddi məsələlərə münasibət bildirirdilər. Ancaq Sekuta haqqında bunları demək mümkün deyil. O, bütün qeyri-siyasi tədbirlərdə iştirak etsə də, aktual məsələlərdə sükuta üstünlük verirdi. Bu səbəbdən necə fəaliyyət göstəribsə, elə də xatırlanacaq”.
Analitik bildirib ki, Sekutanın xələfinin kim olacağı maraqlı görünsə də, hələ məlum deyil: "Ümumiyyətlə, ABŞ-da səfir təyinatları çox mürəkkəb prosedurlardan keçir. Xatırlayırsızsa, Metyu Brayza və Riçard Armitacla bağlı prosedurlar çox uzandığından, onlar rəsmi təyinat olmadan fəaliyyətə başlamışdılar. ABŞ-ın Cənubi Qafqazın əsas dövləti olan Azərbaycana səfir təyinatını yubatması, diplomatlar arasında seçim edərkən, bir sıra mühüm nüansları nəzərə almaması əlbəttə ki, Vaşinqtonun ziyanınadır. Belə bir vəziyyətdə Rusiya diplomatiyası fəallaşır və ABŞ-ın vəziyyəti düzəltmək imkanları çətinləşir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm