Selenanın görünüşü çox bəyənildi

25 yaşlı amerikalı müğənni Selena Qomez istirahətini davam etdirir.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, rəfiqələri ilə yaxta gəzintisi zamanı görüntülənən ifaçı Los-Ancelesdə gecə klublarının birindən çıxarkən kameraların hədəfində olub. Uzun yarıqlı qırmızı ətək və qısa top-kofta geyinən Qomez obrazını parlaq lentli qara dikdabanlarla və dəyirmi sırğalarla tamamlayıb.
Qırmızı dodaq boyasından istifadə edən Selenanın görünüşü İnstaqram izləyiciləri tərəfindən çox bəyənilib.