Selfie çəkərkən canından oldu

Ruminiyada park olunmuş bir qatarın üzərində telefonuyla selfie çəkməyə çalışan gənc qız elektrik cəryanına toxunması ilə həyatını itirdi.
St. Spiridon xəstəxanasının sözçüsü Lucian Cernahonschi, cümə günü ölkənin şimal-şərqində Iasi şəhərində, 18 yaşlı Anna Ursunun park olunmuş bir qatarın üzərində özünü çəkməyə çalışarkən yüksək gərginlik xəttə toxunduğunu və bədənində ağır yanıqlar yarandığını açıqladı.
Cernahonschi, gənc qızın Bükreş yanıq xəstəxanasında bazar günü həyatını itirdiyini söylədi.
Anna Ursunun hadisə əsnasında yüngül yaralanan bir rəfiqəsinin də St. Maria xəstəxanasında müalicə aldığı ifadə edildi.