Selofan paketin içindən ilan çıxdı

Marketlərdə alış-veriş edəndə ehtiyatlı olun

Hadisə Avstraliyada yaşanıb. Sidneyin Mosman bölgəsində yaşayan Lesli Kuhn marketdən sellofan paketdə kahı alıb. Evdə paketi kiçik oğlu açıb və qorxudan titrəməyə başlayıb.
Uşağın halını görən anası diqqətlə baxdıqda paketin içində canlı ilan görüb.
Ana təcili xilasetmə xidmətinə zəng edib. Həm də qarşılaşdığı görüntünü videoya çəkərək sosial mediada paylaşıb. Ailənin çağırışına Vəhşi Təbiət mütəxəssisləri gəlib və ilanı zərərsizləşdiriblər.

Lesli Kuhn sosial mediadakı paylaşımında marketlərdən xüsusilə meyvə-tərəvəz alış-verişi edərkən ehtiyatlı olmağı məsləhət görüb:

“Bu ərzaqlar arasında zəhərli həşəratlar, hətta ilanlar da ola bilir”.  Supermarket şəbəkəsindən verilən açıqlamada ilanın hansı yolla paketin içinə düşə bilməsinin araşdırılacağı bildirilib.