Səməd Seyidov: “Azərbaycan Ukraynanın ərazi bütövlüyünə səs verəcək”
16:25 03.04.2014
Arxiv
982
Krımın işğalının müzakirə olunacağı gözlənir
Avropa Şurası Parlament Assambleyasının bu ay keçiriləcək yaz sessiyasında Rusiyanın Ukrayna torpağı Krımı işğal etməsi məsələsinin müzakirə olunacağı gözlənir. Rəsmən təsdiqlənməmiş məlumata görə, sessiyada Rusiyanın səsvermə hüququndan məhrum edilməsi müzakirəyə çıxarılacaq.
Ukrayna məsələsi AŞPA-da müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq? Azərbaycanın nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Media forum” saytına deyib ki, Azərbaycanın Ukrayna məsələsində mövqeyi bəllidir və dəyişməz qalır: "BMT Baş Assambleyasında keçirilən səsvermədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və birmənalı mövqe ortaya qoyulub. Başqa mövqe ola bilməz. Əgər Ukraynanın ərazi bütövlüyü məsələsi AŞPA-da müzakirəyə çıxarılsa, Azərbaycan BMT Baş Assambleyasındakı mövqeyini təkrarlayacaq və Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə səs verəcək”.
"Rusiyanın səsvermə hüququnun dayandırılması müzakirəyə çıxarılsa, Azərbaycan nümayəndə heyəti necə mövqe tutacaq” sualına Səməd Seyidov belə cavab verib: "Biz bilirik ki, Ukraynanın ərazi bütövlüyü pozulub, ərazisinin bir hissəsi işğal olunub. Ərazi bütövlüyü müqəddəs məsələdir. Ona görə də bu məsələ ilə bağlı mövqeyimiz aydın və açıqdır. Bir qədər səbriniz olsun, baxaq görək nələr olacaq. Məsələlər konkret formada ortaya çıxanda mövqe bildirəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət