Şəmkirin sabiq icra başçısının işində Rövşən Əkbərovun da adı keçir
09:07 29.04.2021
Arxiv
540
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun ittiham olunduğu cinayət işlərinin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, A.Məmmədovun həbsi üçün səbəblərdən biri də rayonda aparılan qanunsuz tikililər, şəhərin baş planına uyğun olmayan, tikinti normativlərinin pozulduğu binaların tikintisinə qanunsuz icazə verməsidir.
Yaşayış binaları isə əsasən “Park Kolizey” MTK adlı tikinti şirkəti tərəfindən aparılıb. Məlumata görə, A.Məmmədov rayondakı bütün işləri bu tikinti şirkətinə tapşırırmış. Şəmkir şəhərində “20 yanvar” abidəsinin ətrafında salınmış park da sonradan “Park Kolizey” MTK-nın çoxmərtəbəli yaşayış binası tikməsi üçün ayrılıb. Artıq binanın tikintisi yekunlaşmaq üzrədir.
Məlumata görə, tikintiyə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov (Famil Xəlilov öz ətrafında həm də Veyis Xəlilov adı ilə tanınır) binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova verib.
Həmin binadan əlavə 4 otaqlı bir mənzili isə rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyəti şəxslərə rüşvət olaraq verib. Famil Xəlilov həmin parkın ərazisini, torpaq sahəsini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat pul verib və ilkin dindirilmə zamanı bunu etiraf edib.
Alimpaşa Məmmədov şirkət rəhbəri Famil Xəlilova hərbi hissənin yaxınlığında tikinti aparmağa da şərait yaradıb. Belə ki, ətrafında hərbi hissənin yerləşməsi nəzərə alınaraq Şəmkir Korpusunun o vaxtkı komandiri, hazırda həbsdə olan general Rövşən Əkbərov binanın 6 mərtəbəli olmasına razılıq verib. Lakin hərbi obyektlərlə bağlı normativ pozularaq binanın tikintisi 9-cu mərtəbəyədək davam etdirilib.
A.Məmmədovdan park alan Famil Xəlilovun “MTN işi” zamanı həbs edilən general Akif Çovdarovla da yaxın əlaqələrinin olduğu bildirilir. İddiaya görə, onun Alimpaşa Məmmədovla münasibətləri də MTN xətti üzərindən reallaşıb.
Rəsmi açıqlamaya görə, Alimpaşa Məmmədov Şəmkir rayonu ərazisində dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə
PUA hücumu nəticəsində Tümen NEZ-də yanğın baş verib
13:17 25.07.2026
Dünya
İbrahim Kutluay alimentin ləğvi ilə bağlı iddiadan imtina edib
12:55 25.07.2026
Cəmiyyət