“Sənədlər qaydasındadır, heç bir problem yoxdur”
20:27 22.06.2016
Arxiv
542
Vurğun Əyyub: “Buna baxmayaraq, nazirlik ADR-i qeydiyyata almır”
Ədliyyə Nazirliyi yenə də Azərbaycan Demokratiya və Rifah Hərəkatını dövlət qeydiyyatına almaqdan imtina edib. Müsavat Partiyasının sabiq funksioneri, iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi hərəkata bundan əvvəl də iki dəfə rədd cavabı verilib.
Hərəkat üzvləri nazirliyin qeydiyyatdan imtina cavabının qanuni olmadığını deyiblər. Bu barədə "Şərq”ə açıqlama verən ADR-in sədr müavini Vurğun Əyyub bildirib ki, verilən qərar mövcud qanunlara ziddir: "Qeydiyyatla bağlı birinci müraciətimiz geri çevrildi və müəyyən çatışmazlıqların olduğu iddia edildi. Xəbərdarlığı nəzərə alaraq, səhvləri düzəltdik və yenidən nazirliyə müraciət etdik. Amma yenə də bizi qeydiyyata almadılar. Əgər iradları var idisə, hansısa sənəddə problem görürdülərsə, birinci müraciətdə bütün yanlışlıqlar haqda bizə xəbərdarlıq edilməli idi. Ancaq qurum hər dəfə yeni "səhv” tutur. Əslində bütün sənədlər və tələblər qaydasındadır. Heç bir problem yoxdur. Buna baxmayaraq, nazirlik ADR-i qeydiyyata almır. Ədliyyə Nazirliyinin bir sənədi iki-üç dəfə geri qaytarmağa hüquqi səlahiyyəti çatmır”. V.Əyyubun fikrincə, söhbət sənədlərin düzgün olub-olmamasından getmir. Nazirlik faktiki olaraq ADR-i dövlət qeydiyyatına almaq istəmir: "Hesab edirəm ki, bunun arxasında müəyyən siyasi məqsədlər dayanır. Halbuki ADR siyasi yox, ictimai bir təşkilatdır”. Hərəkatın sədr müavini növbəti müraciətin mənasız olacağını deyib: "Çox güman ki, növbəti dəfə yenə bəhanə uyduracaqlar. Ona görə də qeydiyyat məsələsinin məhkəmə müstəvisində həll olunmasının tərəfdarıyam. Əlbəttə, bu, şəxsi fikrimdir. Hələlik ADR-də məsələ müzakirə edilməyib. Hərəkatın rəhbərliyi çərçivəsində müzakirələr aparıldıqdan sonra yekun qərar alınacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol
Gəncədə 68 yaşlı kişini cərəyan vuraraq öldürüb
11:52 31.10.2026
Hadisə
Rusiyanın iri neft emalı zavoduna PUA hücumu olub, yanğın baş verib
11:40 31.10.2026
Dünya