Sənətçilər Tərtərdən qayıtdılar, bu həftə də Horadizə gedəcəklər
21:26 05.04.2016
Arxiv
855
Onlar ordumuzu və yerli sakinləri pozitiv əhval-ruhiyyədə görüblər
İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə bölmələrimizin son günlərdə keçirdiyi hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycanın minlərlə vətənpərvər oğul və qızları, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranları müraciət ünvanlayaraq Silahlı Qüvvələrə səfərbər olunmağa hazır olduqlarını bildirirlər.
Son günlər cəbhə bölgələrimizdə keçirilən hərbi əməliyyatlar bir daha sübut etdi ki, Azərbaycan Ordusu, Azərbaycan əsgərləri vətənimizi qorumağa qadirdi, hər bir azərbaycanlı oğlu, qızı da torpaqlarımızın geri qaytarılması üçün qanlarından keçməyə hazır olduqlarını nümayiş etdirirlər. Bu günlər əsgərlərimizin, təmas xəttində yaşayan yerli sakinlərin mənəvi dəstəyə daha çox ehtiyacları var. Tanınmış prodüser Tolikin təşəbbüsü ilə əsgərlərimizə dəstək olmaq üçün sənət aləmində olan tanınmışlar da cəbhə bölgələrinə yollandılar. Toliklə birgə müğənnilər Nadir Qafarzadə, Elton Hüseynəliyev, Sevinc Səfərova, Aysel Əlizadə, Zemfira İbrahimova, rəqqasə Fatimə Fətəliyeva və fotoqraf Cəlal Kəngərli Tərtərə yola düşüblər. "Şərq”ə danışan Tolik "Azərbaycanın bir çox sənətçiləri cəbhə bölgəsinə gedərək əsgərlərimizə, orada yaşayan yerli sakinlərə dəstək olmaq qərarına gəldik. Sözün düzü, mən instaqram səhifəsində cəbhə bölgəsinə getmək niyyətimi bildirən kimi bir çox tanınmış sənətçilər mənimlə əlaqə yaratdılar ki, biz də sizə qoşuluruq, cəbhə bölgəsinə getmək istəklərini çatdırdılar. Bir qrup sənətçi ilə biz Tərtərə üz tutduq. Orda yerli sakinlərlə görüşdük. Onlarla söhbətlər apardıq. Tərtər camaatı ilə söhbətimiz uzun çəkdi. Tərtərin tam təmas xəttində olan bir kənddə də olduq. Əsgərlərlə, kənd sakinləri ilə görüşlər keçirdik. Tərtərdə olarkən bir neçə şəhidin 3 mərasimi idi. Şəhidlərimizin ailələrinə baş çəkdik, hüzr yerində olduq, onların dərdlərinə şərik olmağa çalışdıq. Şəhid ailəsinə başsağlığı verdik. Onu qeyd edim ki, yerli sakinlər bir məsələdə çox narahat olduqlarını bizimlə bölüşdülər. Bildirdilər ki, bəzi şayiələr onları narahat edir, guya, tərtərlilər oranı tərk edirlər. Bu əsla elə deyil. Onlar bildirdilər ki, biz son nəfəsimizə qədər torpaqlarımızı tərk etmək niyyətində deyilik. Həqiqətən yerli sakinlər üçün belə ağır məqamlarda birdən-birə 7-8 tanınmışı bir arada görmək, müğənnilərlə həmsöhbət olmaq xoş oldu. Bu onları bir qədər də ruhlandırdı. Mən bundan əvvəl də iki dəfə Tərtərin icra başçısı ilə görüşmüşdüm, orada tədbirlərimiz olmuşdu. Qərara gəldim ki, Tərtərə gedək. Getdik də. Əsgərlərimizlə çox şəkil çəkə bilmədik. Çünki buna icazə verilmir. Müharibə şəraitində hərbi sürsatlarımızın, əsgərlərimizin görünməsinə düzgün olmaz deyə şəkil çəkməyə qadağa var. Təbii ki, bunu başa düşmək lazımdı. Müharibə şəraitində yaşayan bir dövlət olaraq müharibənin qaydalarına tam əməl etmək lazımdır. Əsas odur ki, əsgərlərimizin əhval-ruhiyyəsi o qədər gözəl idi ki, biz buna çox şad olduq. Pozitiv əhval-ruhiyyə hərbi hissədə hiss olunurdu. Əsgər analarına üz tutub deyirəm ki, rahat olun, əsgərlərimiz gümrahdılar.
Azərbaycan ordusunun nə sürsat, nə ərzaq baxımından heç bir çətinliyi yoxdur. Zemfira İbrahimova əsgərlər qarşısında canlı ifa təqdim etdi. Bu onları çox məmnun etdi. İnanın, bizim onların görüşümüzə getməyimiz əsgərlərimizi o qədər sevindirdi ki, bunu sözlə ifadə etmək çətin olar. Yerli camaata xoş oldu ki, müğənnilər, tanınmışlar onların görüşünə gəlib. Əsgərlərlə də cəmi 10-15 dəqiqə görüşməyə imkan verildi. Onların vaxtını almaq olmazdı deyə görüşümüz qısa oldu. Amma bizə çox xoş oldu. Onlar da mənən bu görüşdən sevindilər. Artıq Bakıya qayıdırıq. Amma inşallah, bu həftənin sonuna yaxın yenə bir neçə sənətçi dostlarımızla Horadizə getmək niyyətimiz var. Çünki Ədalət Şükürov və bir çox digər sənətçilər də bizə qoşulmaq istəyirlər. Güman edirik ki, Horadiz səfərimiz həm də konsert xarakteri daşıyacaq. Zemfira və bir neçə sənətçi növbəti səfərimizdə əsgərlər və yerli sakinlər qarşısında konsert proqramı ilə çıxış etməyi planlaşdırırıq. İnşallah, Azərbaycan ordusu öz şücaətini nümayiş etdirəcək və torpaqlarımız geri qaytarılacaq. Qüdrətli ordumuz və ölümün üzünə dik baxan mərd Azərbaycan əsgərimiz var. Var olsun Azərbaycan deyirəm. Allah ölən şəhidlərimizin yaxınlarına, valideynlərinə də səbr versin. Hər bir şəhid ruhunun qarşısında da baş əyirəm”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya