Separatçıların bayrağının qaldırılmasının qarşısı alınacaq - AYB
07:45 14.11.2017
Arxiv
413
Avropa Yayım Birliyi (AYB) "Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”də işğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin bayrağının qaldırılmasının qarşısını alacaq.
Bu barədə AYB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
"AYB Avroviziya müsabiqəsinin canlı yayımına maneə yaradan istənilən bayrağı aradan qaldırmaq hüququnu özündə saxlayır. Bura tamaşaçılar üçün təhqir hesab olunan və ya siyasi, kommersiya xarakteri daşıyan istənilən formada bayraqlar daxildir”, - deyə AYB-nin şərhində deyilir.
Qeyd edək ki, "Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017” noyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək. "Avroviziya” müsabiqəsinin Ermənistan üzrə rəsmi saytında qeyd olunub ki, ölkəni müsabiqədə təmsil edəcək 9 yaşlı Mişa (Mixael Qriqoryan) Stepanakertdə (Xankəndi) Qriboyedov adına 3 saylı məktəbdə təhsil alır və "Artsaxın səsləri” qrupunun fəal üzvüdür.
"Avroviziya” müsabiqəsi çərçivəsində Ermənistan təmsilçiləri dəfələrlə separatçı rejimin bayrağını dalğalandırıblar. Bu bayraq müsabiqənin qadağan olunmuş bayraqları siyahısına daxil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi