Sərhəddəki atışmada yaralanan çavuş generalla görüşdü - EHTİYATA BURAXILIR
10:11 18.07.2018
Arxiv
713
2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada baş çavuş Kurupov Ramazan Məmməd oğlu çoxsaylı güllə yaraları almış və təcili əməliyyat olunaraq həyatı xilas edilib. DSX-dan Lent.az-a verilən məlumata görə, Xidmətin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağamlığı qısa müddət ərzində bərpa edilib. Hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır.
Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.
2018-ci ilin iyul ayının 17-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşüb və "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.
Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirib. Onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm