
Sərnişin 96 saylı marşrut avtobusunu 37 dəqiqə gözləməli olub - Biabırçılıq
15:13 07.11.2017
Arxiv
1458
"Tıxaclarla bağlı məsələlər isə aydındır. Müxtəlif saatlarda şəhərin əsas hissələrində tıxaclar yaranır. Bəzi yol, nəqliyyat infrastrukturunda təmir-söküntü işləri avtobusların gecikməsi probleminə gətirib çıxarır
"Sərnişindaşıma ilə məşğul olan şirkətlərin avtobusların, nəqliyyat vasitələrinin çoxunun istismar müddəti başa çatıb”.
Bunu "Sherg.az”a son günlər marşrut avtobuslarının gecikməsi haqqında sərnişinlərin şikayətlərinə münasibət bildirərkən nəqliyyat eksperti İlqar Hüseynli deyib.
O bildirib ki, bəzi marşrut xətlərində 10-12 illik avtobuslar fəaliyyət göstərir:
"Ümumiyyətlə, ölkədə nəqliyyatın satışı, ölkəyə gətirilməsi ilə bağlı məhdudiyyət tətbiq edilib. 2003-cü ildən əvvəl istehsal olunmuş maşınların satış üçün gətirilməsi qadağandır. Lakin ölkədə 90-cı hətta 80-ci illərin istehsalı olan maşınlar hərəkətdə davam edir. Əslində insanların həmin illərin maşınlarını sürmək haqqı var. Sadəcə həmin maşınlar texniki cəhətdən saz olmalıdır.
Marşrut xətləri üzrə fəaliyyət göstərən şirkətlərdən yalnız "Bakubus” şirkətinin avtobusları texniki cəhətdən hələlik problemli deyil. İctimai nəqliyyat vasitələrinin digər xətlər üzrə yenilənməməsi tez-tez sınmalar, yolda qalmalar yaradır. Ona görə, avtobuslar azalır.
Tıxaclarla bağlı məsələlər isə aydındır. Günün müxtəlif saatlarında şəhərin əsas hissələrində tıxaclar yaranır. Bundan başqa bəzi yol, nəqliyyat infrastrukturunda təmir-söküntü işləri ümumilikdə avtobusların gecikməsi probleminə gətirib çıxarır”.
İctimai nəqliyyatda yaranan problemlərin maliyyə qıtlığından qaynaqlanması iddialarına gəlincə, ekspert vurğulayıb ki, söylənənlərin əksinə gediş haqqının qaldırılması hələlik real deyil:

"Gediş haqqı tarifləri Tarif Şurası tərəfindən tənzimlənir. Hələlik bu qurum gediş haqlarının bahalaşması ilə bağlı elə mesaj yoxdur. Bu, sadəcə, ortaya atılmış əsassız fikirlərdir. İctimai nəqliyyatın problemləri maliyyə çətinliklərindən qaynaqlanmır”.
İ.Hüseynli avtobus sürücülərinin dayanacaqlara daxil olmaması ilə bağlı sərnişinlərin şikayətlərinə də aydınlıq gətirib. Onun fikrincə, bəzi sürücülər belə hallara yol verir:
"Bu, düzgün addım deyil. Bəzi hallarda isə mən də müşahidə etmişəm ki, sürücülər obyektiv səbəblərdən dayanacağa daxil ola bilmir. Ya digər nəqliyyat vasitələri düzgün park etmir, ya da dayanacaq həddən çox sıxlıq olur. Lakin bütün bunlar monitorinq edilir, avtobus sürücülərinin fəaliyyətinə nəzarət olunur. Şirkətlər belə məsələlərdə çox ayıq-sayıqdırlar, çünki söhbət pulun qazanılmasından gedir”.
Qeyd edək ki, bu gün səhər saatlarında Məmmədov Firudin Yaqub oğlu adlı paytaxt sakini redaksiyamızla əlaqə saxlayaraq, 96 saylı sərnişindaşıma avtobuslarının fəaliyyətindən narazılıq ifadə edib. Şikayətçi qeyd edib ki, Binəqədi rayonunda "Şamaxinka" adlanan ərazidən şəhər istiqamətinə gəlmək üçün sözügüdən marşrut avtobsunu 37 dəqiqə gözləməli olub. Bunun başına gələn birinci hal olmadığını bildirən sakin onu da söyləyib ki, ləngimələrlə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) qaynar xətti-141-ə dəfələrlə məlumat versə də, problem hələ də həllini tapmayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual