Sərxoş pilotlara görə reys 12 saat gecikdi





Finlandiyanın paytaxtı Helsinki şəhərindən Qətərin paytaxtı Dohaya uçan "Qətər Eirveys”ə məxsus təyyarə reysi pilotların sərxoş olması səbəbindən 12 saat gecikib.
Report xəbər verir ki, polis Vantaa hava limanında yoxlama aprarkən pilotların sərxoş olduğunu aşkarlayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
"Qatar Eirveys” Doha ilə Helsinki arasında hər gün iki uçuş həyata keçirir.