Səudiyyə Ərəbistanında güclü partlayış




Səudiyyə Ərəbistanının şərqində yerləşən Əl Katif şəhərinin mərkəzi küçələrindən birində güclü partlayış baş verib, ölən və yaralananlar barədə hələlik məlumat verilmir. 

APA-nın "Al-Arabiya”ya istinadən verdiyi xəbərə görə, güclü partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Partlayış nəticəsində avtomobil bir necə hissəyə bölünüb. Hadisə yerinə polis və həkimlər cəlb olunub