Sevdiyi qızı bıçaqlayan oğlanın atası danışdı: "Üstündən maşın keçmişdi" - YENİLƏNİB
11:02 31.10.2016
Arxiv
481
Rusiyanın Surqut şəhərində sevdiyi qızı bıçaqlayıb intihar edən Azərbaycan vətəndaşının kimliyinə aydınlıq gəlib. Hadisənin baş verdiyi Xantı-Mansiyks diyarında yerləşən Azərbaycan diasporunun rəhbəri Azad Seyidovun Lent.az-a verdiyi məlumata görə, intihar edən şəxs Tağıyev İbad Ələkbər oğludur. "İbad Tağıyev əslən Ağstafanın Köçəsgər kənindədir. Surqutda yaşayırdı. Bir qədər əvvəl Rusiyadan deportasiya edilmişdi. Koqalım şəhərində onun qohumları yaşayır. Hazırda onlar Surquta gəlirlər və meyitin Azərbaycana göndərilməsiylə məşğul olacaqlar”.
Lent.az-ın əməkdaşı İbad Tağıyevin atası Ələkbər Tağıyevlə əlaqə saxlayıb. Ələkbər Tağıyevin dediyinə görə, İbadın ölümündən bu gün səhər saytlar vasitəsi ilə xəbər tutublar. "Oğlum o qızı sevirdi. Tatyana adlı bu qız isə İbada dəfələrlə "yox” deyib. Amma uşaq əl çəkmirdi. Bir il qabaq əsəbiləşib o qızı döymüşdü də. İşi də Surqut məhkəməsindəydi. Elə bu hadisəyə görə İbadı deportasiya etmişdilər. Amma yenidən qayıdıb getdi. Dağıstan sərhədində deyib ki, bəs məhkəməmdir, könüllü iştirak edəcəm. Onlar da buraxmışdılar”.
Həmsöhbətimizin dediyinə görə, hadisə heç də intihar olmayıb: "Bacım oğlu mənə zəng vurdu ki, İbad Tatyananı vurandan sonra səs-küyə qonşular çıxıb. Onlar da blokda İbadı əhatəyə alıb döyməyə başlayıblar. İbad da əllərindən çıxıb, blokun pəncərəsindən özünü atıb”.
Ələkbər Tağıyev onu da bildirib ki, oğlu bir il əvvəl dəhşətli qəza keçirib: "Bir maşın onu vurmuşdu, başqa bir maşın isə üstündən keçmişdi. Ölümdən dönmüşdü. Bu hadisədən sonra psixoloji problemləri yaranmışdı. Qohum-əqrəba yalvardıq ki, getmə, qayıtma, sözümüzə baxmadı. Axırı da belə”.
**
12:20
Rusiyanın Surqut şəhərində sevdiyi qızı bıçaqlayan Azərbaycan vətəndaşı az sonra özü də intihar edib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə şəhərin Çexov küçəsində baş verib. Uzun illər qonşuluğundakı qızı sevən azərbaycanlı hər dəfə ondan rədd cavabı alıb. Qız həmyerlimiz barədə polisə şikayət edəndən sonra yerli miqrasiya xidməti onu Azərbaycana deportasiya edib. Amma deportasiya qadağası bitmədən yenidən Surquta qayıdan azərbaycanlı birbaşa sevdiyi qızın yaşadığı mənzilə gedib. Qız qapını açan kimi yenidən onu sevdiyini elan edib. Növbəti dəfə rədd cavabı veriləndən sonra ona 6 bıçaq zərbəsi vurub. Daha sonra isə mənzilin yerləşdiyi 9-cu mərtəbədən özünü atıb. 1990-cı il təvəllüdlü olduğu bildirilən gənc yerindəcə ölüb.
Qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm