Sevgilisini bu hala saldı

Qadının başından aşağı qaynar su tökdü
İngiltərədə yaşanan hadisədə kişi, sevgilisini döydükdən sonra girdiyi həbsxanadan çıxınca dəhşət saçdı.
Adam bu dəfə gənc qadının başından aşağı qaynar su tökərək qadının üzünü tamam yandırdı.
38 yaşlı Rachel Halliwellə, sevgilisi Vincent Vernon tərəfindən qorxunc şəkildə işgəncə verildi. Gənc qadına kəllə atan kişi 80 gün həbs cəzasına məhkum edildi. 2 uşaq atası Vernon, həbsdən çıxdıqdan sonra Rachelin evinə gəlib qalmaq üçün heç bir yeri olmadığını söylədi. Həm ona acıyan, həm də pis bir şey etməsindən qorxan Rachel, keçmiş sevgilisinə qalması üçün bir otaq verdi. Evdə qaldığı müddətdə barışmağa çalışan Vincenti qəti şəkildə rədd edən Rachel, bir axşam rəfiqəsi ilə çölə çıxdı. Evə döndüyündə rəfiqəsi ilə oturub söhbət edən qadının yanına yaxınlaşan Vincent, qaynar suyu başından aşağı tökdü. Xəstəxanaya qaldırılan qadın, yanıq modulunda 18 gün keçirdi. İlk anda şokun təsiriylə ağrı hiss etmədiyini söyləyən Rachel, 4-5 gün boyunca dözülməz ağrılar yaşadı. Həkimlər, yara izlərinin gənc qadının həyatı boyunca bədənində qalacağını söylədi.
Məhkəməyə çıxarılan Vincent Vernon bu dəfə də 6 il həbs cəzasına məhkum edildi.