Sevgilisini çamadana qoyub, həbsxanadan qaçırmaq istədi

 Venesuelada gənc bir qız, sevgilisini çamadana qoyaraq həbsxanadan qaçırmağa çalışarkən yaxalanıb.  Puente Ayala həbsxanasında dünyada çox az rast gəlinən bir hadisə yaşanıb. Məhbus olan sevgilisini bir çamadana qoyaraq çölə çıxarmağa çalışan gənc qız, vəziyyəti fərq edən həbsxana vəzifəliləri tərəfindən dərhal tutulub.
Həbsxana vəzifəliləri çamadanın içini açdıqları zaman gözlərinə inanmayıblar.