Şikayətə gələn məcburi köçkünlər əsasən mənzil problemindən əziyyət çəkir
11:33 15.04.2014
Arxiv
501
Bakıda məcburi köçkünlər Dövlət Komitəsinin qarşısında aksiya keçirir
Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi bir qrup məcburi köçkünün bu gün səhər saatlarında qurumun binası qarşısında aksiya keçirmək cəhdlərinə münasibət bildirib.
Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin Məskunlaşma miqrasiya məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov APA-ya açıqlamasında bildirib ki, komitənin binası qarşısına toplaşan şəxslər respublika, habelə paytaxt ərazində məskunlaşan məcburi köçkünlərdir: "Hər ayın 1-i və 15-i komitədə qəbul keçirilir. Bu gün həmin qəbula gələn şəxslərin sayı həddən artıq çoxdur. Lakin bütün şikayətçilər komitə sədrinin müavini, aparat rəhbəri və işğal altında olan rayonların icra hakimlərinin müavinləri tərəfindən qəbul olunur. Şikayətə gələn məcburi köçkünlər əsasən mənzil problemindən əziyyət çəkir. Qanunvericiliyə əsasən məcburi köçkünlərin ev problemi tədricən həll ediləcək və onlar hazırda tikilən mənzillərlə təmin ediləcək”
***
13.31
Bir qrup məcburi köçkün bu gün səhər saatlarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirir.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.
Hazırda aksiyaçılar Dövlət Komitəsinin binası qarşısında toplaşıblar. Onlara komitə rəsmiləri tərəfindən qəbul olunacaqları bildirilib.
Aksiya keçirən şəxslər vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər.
Aksiyaçıların bir qismi isə hələ də onlara yer ayrılmadığını deyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi