"Şimal-Cənub dəhlizinin reallaşmasına az qalıb" - Tehran görüşünün nəticəsi
16:21 01.11.2017
Arxiv
712
"Prezidentlərin Tehran görüşü əvvəlcədən planlaşdırılan idi”.
Bunu "Sherg.az”a İran, Azərbaycan və Rusiya prezidentlərinin görüşünün nəticələrindən danışarkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
O xatırladıb ki, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması istiqamətində prezidentlərin Bakıda görüşü baş tutmuşdu:
"Bu səfər çərçivəsində ilk növbədə Hindistandan başlayıb, Pakistandan keçən, İrana, oradan Azərbaycana, Rusiya və Şimali Avropaya nəqliyyat daşımalarını reallaşdıran xətt barədə müzakirələr aparılacaq. Tehran görüşündə bu layihə üçün həlledici addımlar atılması gözlənilir. Çünki Şimal-Cənub dəhlizinin reallaşmasına az qalıb.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişafı ilə yanaşı ikitərəfli danışıqlar da aparılacaq. Bu isə ilk növbədə regionda əməkdaşlığın genişləndirilməsi, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərinə töfhə vermək baxımından vacibdir. Görüşün keçirilməsindən sonra bu sahədə atılan addımlarla bağlı daha dəqiq məlumat əldə edəcəyik”.
Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti öz işinə başlayıb. Görüşdə Şimal-cənub dəhlizi, regionda üç ölkəni maraqlandıran önəmli məsələlər müzakirə olunacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi