Sinəsini açaraq həyat qurtardı

Bir anda minlərlə adam tərəfindən paylaşıldı



Lisa Royle adlı qadın Facebookda sinəsinin fotoşəkilini paylaşaraq minlərlə adamın həyatını qurtardı.

Döş xərçəngi diaqnozu səbəbiylə mastektomi, yəni döşlərinin alınması əməliyatının əvvəlində sinəsinin fotoşəkilini Facebook üzərindən yayan qadının bu paylaşması bir anda minlərlə adam tərəfindən paylaşıldı. Olduqca adi görünən bir dəyişikliyin əslində sinə xərçənginin əlamətləri olduğuna işarədir. Bu vəziyyətə diqqət çəkmək istəyən qadın hər kəsi bilgiləndirmək səyinə görə təqdir topladı.

Fotoşəkili paylaşarkən "Əsla öz sinəmin fotoşəkilini paylaşacağımı ağılıma gətirməzdim. Ancaq önümüzdəki xəstəlik kəsilmədən əvvəl bunu etmək istədim. Asanlıqla gözdən qaçıra biləcəyimiz kiçik çuxurlar başqa şeylərin əlaməti ola bilər” dedi.