Siz də ehtiyatlı olun: Boğazı avtomobil şüşəsinə sıxışan 5 yaşlı Əmrə öldü





Diqqətli olun, bu hamının başına gələ bilər. Dənizlinin Çivril qəsəbəsində 5 yaşlı Əmrə Aktaş, evin qarşısında park edilmiş atasına aid avtomobildən başına çölə çıxardıb, nə olubsa bundan sonra olub. 

Hadisə, keçən çərşənbə günü Kıralan məhəlləsində yaşanıb. Əmrə Aktaş, atası Məsud Aktaşa aid, park halında dayanan avtomobilin arxa qapısını açıb içinə girib. Avtomobilin içində oynayan Əmrə Aktaş, daha sonra avtomatik şüşəni açıb, başını çölə çıxarıb. Bu zaman balaca Əmrə əliylə düyməyə toxununca avtomatik şüşə yuxarı doğru hərəkət edib.

Əmrə Aktaşın boğazı, şüşənin bağlanmasıyla sıxılı qalıb. Digər oğulunun qışqırığını eşidib avtomobilin yanına qaçan Məsud Aktaş, nəfəssiz qalan Əmrəni qurtarıb, xəstəxanaya aparıb. Ancaq Əmrə bütün  müdaxilələrə baxmayaraq qurtarıla bilməyib. Əmrə dünən məhəllə qəbiristanlığında gözyaşlarıyla torpağa verilib. Jandarma, hadisə ilə əlaqədar istintaqa başlayıb.