“Siz vətəninizdəsiniz, sadəcə evinizdən uzaq düşmüsünüz”
20:37 04.07.2016
Arxiv
706
Suriya qaçqınlarına Türkiyə vətəndaşlığının verilməsi təhlükəni azalda bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı müharibədən qaçaraq ölkəsinə sığınan qaçqınlara Türkiyə vətəndaşı olmaq şansı veriləcəyini bəyan edib. Məlumata görə, Kilis şəhərində suriyalı qaçqınlar üçün verilən iftarda danışan ölkə Prezidenti bildirib ki, vətəndaşlıq məsələsi ilə bağlı Daxili İşlər Nazirliyinə müvafiq tapşırıqlar verib:
"İnanıram ki, qardaşlarımız arasında Türkiyə Respublikasının vətəndaşı olmaq istəyənlər var. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi müəyyən addımlar atıb. Nazirliyimiz xüsusi şöbə vasitəsilə bu köməyi edəcək və qardaşlarımıza vətəndaşlıq veriləcək. Siz vətəninizdəsiniz, sadəcə evinizdən uzaq düşmüsünüz”.
Yada salaq ki, Türkiyənin ərazisində yaradılan sığınacaq və düşərgələrdə 2,7 mln. suriyalı məskunlaşıb. Suriyada vətəndaş müharibəsi 2011-ci ilin mart ayından başlayıb və bu günə qədər davam edir. Savaş hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedir. Müharibə nəticəsində yarım milyona yaxın insan həyatını itirib, milyonlarla insan qaçqın düşüb.
Ərdoğanın addımını şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu qeyd edib ki, həmin qaçqınları deportasiya etmək də mümkün deyil: "Bundan başqa, onlar hazırda qeyri-müəyyən statusda olduqları üçün öz əmək qabiliyyətlərini və iş imkanlarını gerçəkləşdirə bilmirlər. Bu səbəbdən də radikalların qurbanına çevrilirlər. Mənə elə gəlir ki, onlara vətəndaşlığın verilməsi Türkiyədəki təhlükəni bir qədər də azalda bilər”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol