"Məhz ATƏT-in Minsk Qrupu 25 ilə yaxındır ki, Ermənistanın işğalı nəticəsində meydana gəlmiş münaqişənin həlli ilə "məşğul” olur. Amma bu təşkilatın təsir və təzyiq mexanizmi olmadığı üçün fəaliyyəti yalnız tövsiyə xarakteridir. Buna görə də təşkilatın münaqişlərin həllində rolu təsirsizdir.
"...Slovakiya ATƏT sədri olaraq ölkəmizə siyasi dəstək verə bilər” - Şərh
11:35 03.01.2019
Arxiv
635
"ATƏT-də sədrlik rotasiya qaydasına uyğun olaraq İtaliyadan Slovakiyaya keçdi. Təşkilatın fəaliyyət sırasına Avropada həll olunmamış münaqişələrin nizamlanması, sülh və təhlükəsizliyin təmin olunması, ölkələrin suverenliyinin təmini və dəstəklənməsidir”.
Bunu "Sherg.az”a açıqlamasında "Cənubi Qafqaz” Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Azərbaycan üçün bu təşkilatın əsas xüsusiyyəti Qarabağ münaqişəsinin həllində rol oynamasıdır:
"Məhz ATƏT-in Minsk Qrupu 25 ilə yaxındır ki, Ermənistanın işğalı nəticəsində meydana gəlmiş münaqişənin həlli ilə "məşğul” olur. Amma bu təşkilatın təsir və təzyiq mexanizmi olmadığı üçün fəaliyyəti yalnız tövsiyə xarakteridir. Buna görə də təşkilatın münaqişlərin həllində rolu təsirsizdir.ATƏT-in hər il yeni vəzifəyə başlayan sədri Qarabağ münaqişənin həlli ilə bağlı işlərin sürətlənməsi və danışıqlar prosesinə töhfə verəcəyi kimi açıqlamalar verir. Ötən il İtaliya sədrliyə gələndə, bu ölkənin XİN rəhbəri konfliktin həllində yaxından iştirak edəcəyini iddia etmişdi. Əslində İtaliyanın Azərbaycanla siyasi əlaqələri yüksək səviyyədədir, ona görə də italyan sədrin bəyanatını rəsmi Bakı tərəfindən yüksək dəyərləndirilmişdi. İtaliya konfliktin həllinə Azərbaycanın ərazi bütövlüyü prizmasından baxır”.
Ekspertin sözlərinə görə, hazırda ATƏT əraźisində münaqişələr daha da mürəkkəb mərhələyə qədəm qoyub:
"Sədrliyə gətirilən Slovakiyanın münaqişələrin həllində hər hansı irəliyə addım atacağı gözlənilmir. Baxmayaraq ki, bu ölkənin də Azərbaycanla əlaqələri yüksək səviyyədədir. Slovakiya ölkəmizə silah satışı həyata keçirən Avropa ölkəsidir. Bu, o deməkdir ki, Slovakiya da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Təbii ki, Slovakiya Qarabağ münaqişəsinin həlli ilə bağlı sədr səviyyəsində yaxından iştirak edəcək. Nəzərə alaq ki, il ərzində danışıqlar prosesi yeni mərhələdə davam etməlidir. Konflikt ətrafında müəyyən gözləntilər var. Məhz bu fonda Slovakiya ATƏT sədri olaraq ölkəmizə siyasi dəstək verə bilər”.
Siyasi şərhçinin fikrincə, hazırda Avropanın şərqində ciddi təhlükəsizlik böhranı yaşanır:
"Ukraynanın şərqində separatizm, Rusiyanın Krımı anneksiyası, Kerç böhranı, Cənubi Qafazda həll edilməmiş münaqişələr Slovakiyanın sədrliyi dövründə daha da böhranlı fazaya keçib. Demək olar ki, ATƏT yeni qlobal şərtlərə cavab vermir. Avropada təzə təhlükəsizlik strukturuna ehtiyac var. Əgər bu mümkün deyilsə, ATƏT-ın nizamnaməsində dəyişikliklər edilə bilər. Ən azından təzyiq mexanizmlərini əlavə etmək lazımdır. Çünki ATƏT-in hüquqi və tövsiyə xarakterli fəaliyyəti, müasir regional və qlobal böhranlı vəziyyətlərə adekvat deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya