"SOCAR Trading": Neft bahalaşan kimi, ABŞ şirkətləri hasilatı artırır
09:48 08.09.2016
Arxiv
422
Dünyanın ən iri treyderləri neftin qiymətində ciddi artım gözləmir.
"APA-Economics" xəbər verir ki, Sinqapurda keçirilən Asiya-Sakit Okean neft konfransında çıxış edən "SOCAR Trading SA" şirkətinin rəhbəri Arzu Əzimov bildirib ki, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər 2014-cü ildən (neft ucuzlaşmağa başlayandan) etibarən milyardlarla dollar həcmində investisiyalardan imtina edib.
"Problem ondadır ki, qiymətlər artmağa başlayan kimi, ABŞ şirkətləri hasilatı artırmağa başlayır. Buna görə, qiymət diapazonu 40-50 dollar, maksimum 55 dollar ətrafında dəyişir", - deyə A. Əzimov qeyd edib.
Əksər treyderlər bildirir ki, bazarda yaxın 6 ay ərzində balans qorunmayacaq. Buna səbəb kimi İran və Səudiyyə ərəbistanı kimi istehsalçıların hasilatı artırması, o cümlədən ABŞ-dakı "şist qaz bumu" göstərilir.
"Böyük ehtimalla, neftin qiyməti təxminən 2 il hazırkı səviyyədə qalacaq", - deyə "Abu Dhabi Investment Authority" şirkətinin baş iqtisadçısı Kristof Ruel bildirib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hasil olunan neftin böyük əksəriyyəti "Abu Dhabi Investment Authority" şirkətinin payına düşür. Şirkət OPEC tərkibində dördüncü ən iri hasilatçıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya