SOCAR Türkiyədə kömür elektrik stansiyasının tikintisindən imtina edib
11:06 31.10.2016
Arxiv
496
SOCAR Türkiyənin İzmir şəhərinin Aliağa qəsəbəsində kömür elektrik stansiyasının tikintisindən imtina edib. "APA-Economics" xəbər verir ki, bu barədə Kömür Yanacağı Əleyhidarları Təşəbbüsü bəyanat yayıb.
SOCAR tərəfindən tikintisi planlaşdırılan 672 meqavat gücündə olan stansiya dövlət neft şirkətinin Aliağa qəsəbəsindəki neft-emal zavodunun enerji ehtiyacını ödəməli idi. Lakin "Greenpeace Akdeniz", "Bankwatch" və "Banktrack" kimi təşkilatların müdaxiləsindən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) layihənin maliyyələşdirilməsini dayandırıb.
"Türkiyənin vətəndaş cəmiyyəti may ayında Aliağa qəsəbəsində keçirdiyi aksiyada "Kömürdən qurtul!" mesajını verib. Bizim müdaxiləmizdən sonra SOCAR-ın layihəsinə maliyyə dəstəyi verən 7 kredit təşkilatı maliyyələşdirməni dayandırdıqları barədə bizə rəsmi məlumat verdilər. SOCAR-ın verdiyi bu qərar bizim zəfərimizdir və nə qədər haqlı olduğumuzu isbat etdi", - deyə təşkilatın bəyanatında qeyd edilib.
Ətraf Mühit və Mədəniyyət Platformasının rəhbəri Bahadır Öztürk isə bildirib ki, Türkiyə ərazisində tikilməsi planlaşdırılan 70-dən çox kömür istilik stansiyalarının reallaşdırılmasına qarşı mübarizə aparılacaq: "Ətraf mühitə böyük zərər vuran kömür layihələrinin reallaşdırılmasına icazə verməyəcəyik".
"Bankwatch"un rəsmisi İoana Ciuta isə deyib ki, SOCAR verilə biləcək ən düzgün qərarı verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm