Nəinki sürücülərin, yol polislərinin də əziyyətinə son qoyuldu
Söhbət edən sürücülər cərimələnməyəcək
09:20 07.11.2017
Arxiv
605
Çünki yol polisi elə bir faktı aşkarlayırsa, bunu sübut eləməyin özü çox çətin məsələdir
Nəinki sürücülərin, yol polislərinin də əziyyətinə son qoyuldu
Nəinki sürücülərin, yol polislərinin də əziyyətinə son qoyuldu
Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə cəzanı nəzərdə tutan müddəa qanunvericilikdən çıxarılır. Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Məcəllənin 342.1.2 maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir. Təcrübədə bu maddə tətbiq olunmadığından qanunvericilikdən çıxarılır.
Qeyd edək ki, sözügedən maddə ictimaiyyətdə bir çox söz-söhbətlərə səbəb olmuşdu. Əhalinin böyük hissəsi qanunvericilikdə belə bir cəzanın olmasını qəbul etmirdi.
Qalmaqallı müddəanın qanunvericilikdən çıxarılması ilə bağlı "Şərq”ə danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı qərarı alqışladığını deyib. Onun sözlərinə görə, sözügedən maddənin ləğv edilməsi nəinki sürücülər, hətta yol polisləri üçün də yaxşı haldır:
"Əslində bundan başqa bir sıra maddələr var ki, onlar da tətbiq edilmir və zaman keçdikcə qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bu maddələrin qanundan çıxarılmasının şahidi olacağıq. Sözügedən maddədə isə sükan arxasında danışmaq yox, sadəcə diqqəti yayındıran hərəkətlərə yol verməkdən söhbət gedirdi. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə bunu yanlış olaraq yozdular və məsələni tamam başqa məcrayə yönəltdilər.
Qanunvericilikdən anlayışı olmayan insanlar da çaş-baş qaldı. Qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Milli Məcslisə daxil olan layihə onu göstərir ki, bu maddə çıxarılacaq və yəqin ki, sürüclərin narahatlığına son qoyulacaq.
Həmçinin yol polislərinin də əziyyətinə son qoyulur. Çünki əgər yol polisi elə bir faktı aşkarlayırsa, bunu sübut eləməyin özü çox çətin məsələdir. Sürücülər sadəcə olaraq bir şeyi qəbul etməlidirlər ki, doğrudan da sükan arxasında olarkən diqqət ancaq yolda olmalıdır, çünki hər hadisə bir göz qırpımında baş verir. Bu maddənin qanunvericilikdə olub-olmamasından asılı olmayaraq bütün sürücülər məsuliyyətli və diqqətli olmalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region