ŞOK İXTİRA - DNT əsaslı kiçik robotlar yaradıldı
16:03 22.04.2019
Arxiv
448
Amerikalı alimlər DNT əsaslı kiçik robotlar yaradıblar. Amerikalı tədqiqatçıların bu ixtiraları süni həyatı xatırladır.
Lent.az technote-s istinadla xəbər verir ki, lakin onların özləri bunu biomaterial adlandırırlar. İnkişaf mərhələsinə görə isə bu ixtira artıq bəzi canlı orqanizmləri xatırladır.
Machine learning və sensorlu texnologiyaların inkişafı sayəsində robototexnika sahəsi əsl Renessans dövrünü yaşayır.
Robotların hər bir yeni nəsli əvvəlkindən daha ağıllı və qəliz olur.
Lakin Kornell Universitetinin tədqiqatçıları əmindirlər ki, robotlara təkamül prinsipini öyrətməklə bu prosesi daha da sürətləndirmək olar. Buna görə də tədqiqatçılardan ibarət komanda DNT əsasında kiçik robotlar yaradıblar. Onlar hərəkət edə, resurs qəbul edə, transformasiya ola və ölə bilərlər. Bu, həyatı xatırladır. Lakin tədqiqatçılar öz ixtiralarını süni metabolizmə sahib qəliz biomaterial adlandırırlar. İnkişaf səviyyəsi baxımından bu biomaterial kifi və digər göbələk formalı primitiv orqanizmləri xatırladır.
İxtiranın müəllifləri qeyd ediblər ki, DNT əsaslı robotları patogenlərin aşkar edilməsi və regenerasiya özəlliyinə sahib hibrid nanomaterialların yaradılması üçün istifadə etmək olar. Təkamül prosesi sayəsində isə DNT əsaslı bu robotlar öz aralarında rəqabət aparmaqla daha effektiv olacaqlar. Kiçik canlı robotların yaradılması hələki ilkin mərhələdədir. Lakin tədqiqatçılar ümid edirlər ki, günlərin birində bu ixtira müəyyən ehtiyaclar üçün proqramlaşdırıla bilən öz-özünü istehsal qabiliyyətli orqanik sistemlərin yaradılmasına gətirib çıxaracaq. Bu isə nəinki texnologiyaların həm də bizim həyat anlayışımızda vacib dönüş nöqtəsi olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya
Saakaşvili: Yeni plan qurulub, Gürcüstanda fəlakət qopacaq
15:24 23.07.2026
Gündəm
Azərbaycan və Çin Xəzərdə külək enerjisi layihəsini müzakirə edib
15:08 23.07.2026
Aktual
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
14:57 23.07.2026
Mədəniyyət
Səhhəti pisləşən Ermənistan Prezidentinin son durumu açıqlandı
14:42 23.07.2026
Region
Aİ "Google"u 890 milyon avro cərimələyib
14:40 23.07.2026
Gündəm