Solovyovun müqayisəsi bəyənildi: "Həqiqətən də İlham Əliyevlə Vladimir Putinin xarakterində oxşar cəhətlər çoxdur"




Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb. 

"Sherg.az"ın xəbərinə görə, Solovyov bildirib ki, Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənləri çox ətraflı anlamasının şahidi olub. Onun sözlərinə görə, İlham Əliyev söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib:

"Hiss edirdim ki, o, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur”.

RJB sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var: "Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun”, - V.Solovyov əlavə edib.

V.Solovyovun müşahidələrinin tamamilə doğru oldunu bildirən Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə "Sherg.az"a söyləyib ki, həqiqətən də həqiqətən də İlham Əliyevlə Vladimir Putinin xarakterində oxşar cəhətlər çoxdur:

"Hər ikisi də ölkəsini, xalqını, millətini sevən, ölkəsində və dünyada nüfuzu olan ölkəsinin, xalqının problemlərini həll edən liderlərdir. Bu Prezidentlər ölkə, xalq, dövlət və dövlətçilik, ölkənin sabitlik və stabilliyi üçün ən xırda təhlükələrə belə diqqət yetirib aradan qaldıran şəxsiyyətlərdirlər". 

Daim xalqının güzəranı haqqında düşənən, millətin təəssübünü çəkən, geniş siyasi baxış və zəngin dünya görüşə malik insalardırlar. Əlbəttə, hər iki prezidentin dünya mediasını izləmələri yaxşı haldır. Əlbəttə, dünya mediasının izlənilməsi üçün mükəmməl xarici dil bilgi vacibdir. Azərbaycan və Rusiya Prezidentlərinin bir neçə xarici dil bilmələri onlara dünya mətbuatını izləmə imkanı verir. Bu mənada düşünürəm ki, V.Solovyov çox doğru müqayisə aparıb".

Ayyət Əhməd