Son illər Azərbaycanda yağıntının miqdarı artıb, küləyin sürəti isə azalıb
12:35 18.10.2016
Arxiv
512
Son illər Azərbaycanda yağıntının miqdarı artıb, küləyin sürəti isə azalıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda ümumilikdə yağıntıların miqdarı 14-89 mm arasında artıb. Onun sözlərinə görə, artım daha çox Böyük Qafqazın cənub yamaclarında - Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Qusar rayonlarında müşahidə edilir. Kür-Araz ovalığında isə yağıntıların miqdarında hansısa dəyişiklər nəzərə çarpmır: "Bakı və Abşeron yarımadasında yağıntıların orta çoxillik miqdarı 200-250 mm civarındadır. Son dövrlər Bakıda və Abşeronda da yağıntılar cüzi artıb. Yağıntıların miqdarında 5-10 mm artım qeydə alınıb, lakin bu, elə də böyük rəqəm deyil”.
İqlimşünas alim vurğulayıb ki, yağıntıların miqdarının artıb-azalması qlobal iqlim dəyişiklikləri ilə əlaqədar olan bir prosesdir. Yağıntıların miqdarında dəyişikliklərin olacağı ilə bağlı hələ 70-ci illərdə proqnozlar verildiyini nəzərə çatdıran M. Həsənov deyib ki, bu proqnozlar nisbətən özünü doğruldur. O, son illər Azərbaycanın bir sıra yerlərində küləyin sürətində azalma müşahidə edildiyini də açıqlayıb: "Azalma 2 mm/saniyə civarında qeydə alınıb. Bütün ölkə ilə yanaşı, Bakıda da bu hal qeydə alınır və küləklərin sürətində nisbətən azalma müşahidə edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət