Sonsuzluğa gətirib çıxara bilir
12:57 03.11.2017
Arxiv
1054
Qadınların arıqlamaq üçün istifadə etdiyi dərmanlar ciddi fəsadlar yaradır
Artıq çəki az qala yer üzündə yaşayanların yarısını narahat edən problemdir.
Tez-tez reklam edilən arıqlmaq üçün dərman preparatları xüsusilə xanımların diqqətini çəkir. Bəzi xanımlar daha asan yolla arıqlamaq təklifləri gözləyirlər. Əziyyət çəkmədən, məsələn, dərman içməklə arıqlamaq onları daha tez cəlb edir. Lakin bunun sonrakı fəsadlarından çoxları xəbərsizdir.
İddialara görə, çəki atmağa yardımçı olan dərman vasitələri əslində xərçəng xəstəliyinin yaranma riskini artırır. Bəs bu preparatlardan istifadə edərək arıqlamaq düzgündürmü? Həqiqətən də bu cür dərmanlar insan həyatı üçün təhlükə mənbəyidir?
Mövzu ətrafında fikirlərini "Şərq”lə bölüşən həkim-dietoloq Şəmsiyyə Namazlı bildirib ki, təbabətdə və mətbuatda artıq çəkinin və piy toxunmalarının yaranması ilə bağlı daim həyəcan təbili çalınıb. Dietoloqun sözlərinə görə, yaşından asılı olmayaraq düzgün qidalanmama, hormonal tarazlığın pozulması və insanların bilməyərəkdən sanki özlərini müalicə edirmiş kimi müxtəlif molekullu dərman preparatlarını qəbul etməsi orqanizmdə fəsadlar yaradır:
"Belə hallarda öncə həkimə müraciət etmək lazımdır. Əgər hormonal tarazlıq pozulubsa, qalxanvari vəzdə və mədəaltı vəzdə insulin ifrazının çoxluğu varsa, bunlar mütləq qaydaya salınmalıdır. Tam normaya düşdükdən sonra çəkinin azalması üçün düzgün qidalanma, aktiv hərəkətlər və dinamikanı artırmaq olar. Amma hormonal tarazlıq yoxlanmadan dərmanların qəbulu başqa fəsadlara gətirib çıxarır, daxili orqanlara müxtəlif zərərlər verir. Çünki hər bir dərmanın qəbulu üçün əks göstərişlər də var. Ola bilər həmin dərman kiminsə mədə və yaxud 12 barmaq bağırsağında turşuluğun çoxluğu və yaxud azalması ilə müşahidə olunsun, həmçinin mədədə qastrit yaratsın. Dərmanı qəbul edən zaman isə həmin yaranın deşilməsinə, xroniki yaranın aktivləşməsinə, qastritin erroziv qastritə çevrilməsinə səbəb olar”.
Həkim məsləhəti olmadan dərmanların qəbulunun qadınlarda, xüsusilə cavan qızlarda fizioloji proseslərin pozulmasına gətirib çıxardığını deyən Ş.Namazlı bildirib ki, ola bilər ilk qəbul zamanı heç bir mənfi göstərişlər olmasın, lakin bu dərmanların 1-2 ildən sonra hansısa fəsadlar verməyəcəyi sual altındadır:
"Əgər insanın daxili orqanında orqanik dəyişiklik və hormonal pozulmalar varsa, bu dərmanlar həmin şəxsə müsbət təsirdən çox mənfi təsir göstərəcək. Məsələn, indi cavan uşaqlar idmanla məşğul olurlar və əzələlərin inkişafı üçün protein qəbul edirlər. Əslində bu proteinlər hər kəsin qaraciyərində dəyişikliklər yaradır və qaraciyərdə sərtləşmələr müşahidə olunur. İçilən hər bir dərman qara ciyərə mənfi təsir göstərir, eynilə arıqlamaq üçün içilən dərman preparatları da. Hətta bu preparatlar insanın anormal bədən quruluşuna gətirib çıxarır. Məsələn, aşağı ətrafda olan əzələlərin atrofiyasiyasına şərait yaradır, yuxarı ətraf əzələlərini isə əksinə, şişman göstərir.
Çünki hər hansı bir dərmanın dövriyyəyə daxil olandan sonra orqanizmə təsir eləməsinin göstəriciləri üçün ilkin müşahidələr aparılır, müəyyən kontrol qrupu yaradılır. Müşahidələrdən sonra nəticəyə gəlmək olar ki, bu dərmanın mənfi və yaxud müsbət təsiri nədir. Çox təəssüf ki, dərmanın tərkibini və əks göstərişlərini bilmədən, mütəxəssislə məsləhətləşmədən dərmanı qəbul edirlər və sonradan da ciddi fəsadlarla üzləşirlər.
Qadınlarda hormonal və menustrasiyanın pozulmasına, gələcəkdə ailə qurduqdan sonra onlarda sonsuzluğa qədər gətirib çıxara bilir. Hətta xərçəng hüceyrələrinin də aktivləşməsinə və yaranmasına səbəb olur. Biz bunun sonunu izləməliyik, müşahidə aparmalıyıq, lakin buna imkan olmur. Əslində müşahidə eləməsək də bizə bəllidir - arıqlama varsa, deməli, bunların tərkibində hormonlara təsir edə biləcək inqridentlər var. Hormona təsir edəcək inqridentlərə süni surətdə dəyişiklik olmadan təsir ediriksə, mütləq 2-3 ildən sonra fəsadlarını görə bilərik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət