SOS: "Deyəcəklər filankəsin uşağı dəlidir "yanaşması faciələrə səbəb olur"
12:47 14.11.2017
Arxiv
554
Əhməd Qəşəmoğlu:"Mürəkkəbləşən cəmiyyətdə formalaşmış dəyərlərə, ictimai qınaqlara yenidən baxmaq zərurəti yaranıb"
"Azərbaycanda ictimai qınaq məsələsi arzuolunan şəkildə deyil”.
Bunu "Sherg.az”a psixoloji problemləri olan şəxslərin yaxınları tərəfindən ruhi dispanserlərə yerləşdirilməməsinin səbəblərini izah edərkən sosioloq Əhməd Qəşəmoğlu deyib.
O bildirib ki, insanlar ictimai qınaqdan çəkindiyindən, yaxud bu xəstəlikdən əziyyət çəkən yaxınlarına "qıymadığına” görə onları xəstəxanalara yerləşdirmir:
"İnsanların az olduğu dövrdə adət-ənənələr formalaşmışdı. İnsanların cəmiyyətdə sayı artdıqca, vəziyyət də çətinləşir. Mürəkkəbləşən cəmiyyətdə formalaşmış dəyərlərə, ictimai qınaqlara yenidən baxmaq zərurəti yaranıb.
Doğrudan da, insanlar düşünür ki, psixi problemi olan yaxınlarını həkimə aparsalar, deyəcəklər filankəsin uşağı dəlidir, psixdir.
Bu faktlar əvvəllər qıcıqla qarşılanırdı. Amma bunun təhlükə mənbəyi olduğunu biliriksə, həkimə mütləq müraciət etməliyik. İctimai təhlükəli, başqalarına zərər vuran insanları mütləq cəmiyyətdən təcrid etmək lazımdır. Onların ciddi müalicəsi ilə əlaqədar müəssisələrdə məşğul olmaq gərəkir.
Lakin ictimai təhlükəli olmayan psixoloji xəstəliklərə malik şəxsləri ev şəraitində də müalicə etmək olar. Ona görə, bu sahədə maarifləndirmə aparmalıyıq.
Ortada utanmalı, çəkinməli məsələ yoxdur. Belə xəstəliklərlə üzləşən, yaxud yaxınları bu cür psixi problemlərdən əziyyət çəkən şəxslər ona dırnaqarası baxanları qınamalıdır.
Xəstəsi olanı deyil, buna gülənləri qınaq obyekti etmək lazımdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Şəkidə 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqova qız nəvəsi tərəfindən qətlə yetirilib. Məlum olub ki, cinayəti törədən 30 yaşlı Reyhan Davudova ruhi xəstədir və xəstəliyi ilə bağlı bir neçə dəfə müalicə olunub. Hadisə baş verən vaxt R. Davudova evdə nənəsi ilə tək olub. O, ilk öncə nənəsini boğub, daha sonra çəkiclə qoca qadının başına bir neçə dəfə zərbə endirib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi