SOS: "Petya" virusu nədir və necə yayılır ? - MÜTLƏQ OXUYUN !




Bir neçə həftədir ki, internet üzərindən geniş yayılan "Petya" virusu çoxsaylı kompüteri iflic vəziyyətə salıb və nəticədə əksər iri müəssələrin işini çox ciddi şəkildə pozub. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, daha çox "Windows" sistemində böyük sürətlə yayılan bu virus öncə komputerin yaddaş diskində mövcud olur : 

" Çox az müddətdən sonra komputeri istifadəolunmaz hala salır. Komputeri söndürüb yenidən yandıranda virus öz işini görür. 

Və daha sonra kompüterin ekranında kodu əldə edib kompüteri işə salmaq üçün 300 dollar ödəniş tələb olunur. Qeyd edək ki, bu virusu yayanlar Petya adı altında gizlənən mafioz şəbəkələrdir. 

Ayyət Əhməd