Sosial evlər əhalinin gəlirlərinə adekvat deyil
08:32 10.04.2018
Arxiv
1281
Aşağı təminatlı və az maaş alanlar yararlana bilməyəcək
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan etsə də, təyin olunan qiymətlər sosial evlərin nəzərdə tutduğu əhali üçün adekvat deyil. Sözdə bu layihə aztəminatlı ailələrin mənzillə təmin olunmasına hesablanıb. Ancaq mənzillərə qoyulan qiymət və ödəniş cədvəli bazar qiymətlərindən demək olar ki, fərqlənmir.
Nəzərdə tutulan qiymətlər ipoteka kreditlərilə demək olar ki, eynidir. 1 otaqlı mənzillərin qiyməti - 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti - 47 282 manat, 3 otaqlı mənzillərin qiyməti - 65 626 manat təyin olunub. Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman isə aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Bu qiymətlər mənzil 10 faiz ilkin ödəniş edilərək, 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır.
Görəsən, ekspertlər bu barədə nə düşünür? Evsizlər sosial evlərdən faydalana biləcək, yoxsa satış şərtləri nəzərdə tutulan əhali qrupunun "cib”inə uyğun deyil?
İqtisadçı Elçin Bayramlı bu işi çox müsbət qiymətləndirir. Onun fikrincə, qiymətlər bazar qiymətindən ucuz olduğu üçün ortada etiraz doğuracaq amil yoxdur: "Aylıq ödəniş 1-2 otaqlı tam təmirli, mətbəx mebelli, fərdi istilik sistemli şəkildə 150-200 manat civarındadır. Sadəcə, aşağı təminatlı və az maaşlı kateqoriya üçün əlçatan deyil. Burada iki problem var. Əvvəla, əhatə dairəsi genişləndirilməlidir və ilkin ödəniş olmamalıdır. Orta əməkhaqqı alan vətəndaşa verilməlidir. İllik faiz ləğv olunmalıdır, nəticədə qiymət də aşağı düşəcək. Nağd satış qadağan edilməlidir. Dünya ölkələrinin təcrübəsindən geniş istifadə olunmalıdır”.
Bu layihənin effektiv hazırlanmadığını qeyd edən digər iqtisadçı-ekspert Fuad İbrahimova görə, sosial evlər üçün tətbiq olunan satış şərtləri əhalinin gəlirlərinə adekvat deyil.
Bu qəbildən olan layihələrin adətən böyük elmi-tədqiqat institutları tərəfindən hazırlandığını vurğulayan iqtisadçıya görə, SSRİ dövründə bu cür layihələr məhz belə hazırlanırdı: "Onun indeksləri, əmsalları xırdalıqlarına qədər hesablanırdı. Sosial evlər layihəsi isə 2-3 ay ərzində heç bir təcrübəsi olmayan, mono komanda ilə hazırlanıb. Yəni bir çox təşkilatların, qurumların ekspertləri cəlb olunmalı idi ki, bu layihə heç bir sual yaratmasın. Əlbəttə, sosial evlər əhalinin gəlirlərinə adekvat deyil. Ümumiyyətlə, əgər vətəndaşın gəlirinin 25-30 faizindən çoxu gedirsə, artıq bu layihə effektivliyini itirir. Çünki artıq həmin vətəndaşın normal yaşayışı şərtləri çətinləşir. Əgər vətəndaş ev alandan sonra ailəsilə normal yaşaya bilmirsə, gəzməyə getmirsə, paltar almırsa, bu artıq anormal layihədir. Bu da cəmiyyətdə aqressiyanın yaranmasına səbəb olur. Bu layihələr işlənəndə bir çox qurumlardan mütəxəssislər cəlb olunmalı və ciddi hesablamalar aparılmalı idi”.
F.İbrahimov hesab edir ki, layihənin hazırlanması üçün kifayət qədər vaxt var idi:
- Bu, birdən-birə yada düşmədi ki, aztəminatlı ailələri mənzillə təmin etmək lazımdır. Bir çox nazirliklərdə bu sahə ilə məşğul olan idarələr, departamentlər var. Onlar bu illər ərzində hansı işlə məşğul olublar, məlum deyil. Ümumiyyətlə, istənilən layihənin, kapital qoyuluşlarının konkret analizləri aparılmalıdır. Bu zaman işdə effektlilik əmsalı yüksək olur. Ancaq indi sosial evlərin satışı hələ təzə başlayıb, artıq bir çox suallar yaranır. Siz jurnalist olaraq araşdırma aparırsız, sosial evlərə tətbiq olunan şərtlərlə ipoteka və hətta kommersiya kreditlərinin verilmə şərtlərinə yaxın əmsal əldə edirsiz. Belə olduğu halda, əlbəttə, sosial evlərin satış qiymətləri təbii ki, əhalinin durumuna cavab vermir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat