Sosial layihələr sistemli hal alıb
09:43 30.12.2018
Arxiv
719
Məcburi köçkünlər müasir tipli binalara köçürülür
Prezident İlham Əliyev ölkədə sosial məsələlərin həllini, əhalinin rifahının yüksəlişini prioritet məsələ hesab edir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb.
Dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı deyilənlərin əyani sübutudur. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib. Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub.
Bundan başqa, ölkə başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid ailələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir. Artıq 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub.
Ölkə başçısının sosial siyasəti hər zaman uğurla həyata keçirdiyini deyən "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli "Şərq”ə bildirib ki, məcburi köçkünlərin mənzillə təmin olunması, onların kommunal xərclərinin ödənilməsi, şəhid övladlarının təhsil haqlarından azad edilməsi, əlillərə yeni avtomobillərin verilməsi sistemli hal alıb:
"Dünyada elə bir ölkə yoxdur ki, orada bu cür geniş və əhatəli layihələr həyata keçirilsin. Bütün bunlar əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkündür. Dövlətimiz şəhid ailələrinə, 20 yanvar hadisəsinin iştirakçılarına, əlilliyi olan vətəndaşlara xüsusi diqqət və qayğı göstərir. Gələnilki dövlət büdcəsində də bu istiqamətə xeyli vəsait ayrılması nəzərdə tutulub.
Qaçqınlara mənzillərin verilməsi, şəhid ailələrinə köməkliklərin göstərilməsi üçün cənab Prezident hər zaman müvafiq göstərişlər verməkdədir. Hesab edirəm ki, bu günə qədər çoxlu sayda işlər görülüb və bundan sonra da görüləcək. Azərbaycan xalqı bu prosesləri görüb təhlil aparır və ölkə başçısının apardığı siyasəti dəstəkləyir”.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirlinin sözlərinə görə, ölkə başçısı əhalinin sosial qayğıya ehtiyacı olan təbəqəsinin maddi rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atır:
"Cənab Prezident 2003-cü ildə hakimiyyətə gələn vaxt bir dənə də olsun qaçqın şəhərciyinin qalmayacağını demişdi. Belə də oldu. Qısa bir müddətdə bütün qaçqın şəhərcikləri ləğv olundu və onların yerinə müasir tipli qəsəbələr, binalar tikildi, köçkünlərimiz həmin qəsəbələrə yerləşdirildi. Bu istiqamətdə uğurlu layihələr davam etdirilir. Demək olar ki, məcburi köçkünlərin hər biri müasir tipli yaşayış məntəqələrinə köçürülüb.
Həmçinin yeni infrastruktura malik yaşayış kompleksləri inşa edilməkdədir. Dekabr ayında Sumqayıtda və Abşeronda yeni tikilən qəsəbələrin açılışının şahidi olduq. Təbii ki, bu siyasət ölkə başçısı tərəfindən yalnız məcburi köçkünlərlə bağlı yox, həmçinin, şəhid ailələri, hərbiçilər, müharibə veteranları və digər kateqoriya ilə bağlı uğurla həyata keçirilir. Cənab prezidentin seçkilərdən dərhal sonra ilk bəyanatı şəhid ailələrinə verilən 11 min manatla bağlı sərəncamı oldu.
Əsas hədəfimiz işğal olunmuş torpaqlarımızın düşməndən alınmasıdır. Ölkə başçısının bu sahədə apardığı siyasət göz qabağındadır. Prezidentin xalqla həmrəyliyi onu deməyə əsas verir ki, torpaqlarımızı geri qaytaracağıq və sosial layihələri işğal altında olan torpaqları azad etdikdən sonra da davam etdirəcəyik”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barmaqların formasının dəyişməsi – Bu xərçəngdə olur
03:50 28.05.2026
Sağlamlıq
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya