
"...Sosial şəbəkəni təhlükəli aləm kimi görmək yanlışdır"
11:16 27.10.2017
Arxiv
537
"Real həyatda ünsiyyətdə oluruq, virtual mühitdə də bu davam edir”.
Bunu "Sherg.az”a sosial şəbəkələrin vəd etdiyi mənfi və müsbət elementlərdən danışarkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib.
O bildirib ki, sosial şəbəkələrin nə dərəcədə təhlükəli olması insanların özündən asılıdır:
"Sosial şəbəkələrdən istifadə təhlükə deyil. Sadəcə fiziki ünsiyyətin virtual aləmə daşınmasıdır. İstənilən halda, insanların özünü ifadə etməsi təhlükə ola bilməz. Lakin müəyyən qrup insanlar var ki, müxtəlif məlumatları dar çərçivədə yayırlar. Bu məsələdə bütövlükdə sosial şəbəkəni təhlükə aləmi kimi görmək yanlışdır.

Sosial şəbəkədən hansı məqsədlər üçün istifadə edilməsi başqa mövzudur. Düşünürəm ki, bəlli qruplar, xüsusilə təhsil yönümlü şəxslər daha az zaman sərf etməklə öz auditoriyalarına çıxırlar. Bu, vacib elementdir. Məsələn, mən özüm də sistemli şəkildə bu aspektdən sosial şəbəkəni istifadə edirəm. Həqiqətən faydalanmaq istəyiriksə, sosial şəbəkənin müsbət yönlərini görərik.
Qərb ölkələrində də sosial şəbəkələrin ziyanları haqqında məlumatlar dərc olunur. Lakin bunu ümumiləşdirmək, hər kəsin bu fikirdə olduğunu demək düzgün deyil.
Biz düşüncəmizin verdiyi imkanlarla, ağılla bu alətlərdən istifadə etdiyimiz müddətdə heç bir təhlükə yoxdur”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya