Sosioloqdan harın MƏMUR BALALARINA: "Pulla öyünmək mədəniyyətsizlikdir "
15:03 27.12.2016
Arxiv
1452
"Maddiyyatı ilə öyünən insanların qınaq obyektinə çevirmək lazımdır".
Bunu Sherg.az-a Bakıda nömrəsi "555" olan bahalı avtomobillərin toy karvanı yaratmasına münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, indiki vaxtda bu yalnız bir sosial qrupun deyil, bütün cəmiyyətin problemidir:
"Dəfələrlə bu barədə müzakirələr olunub ki, maddiyyatı göz önünə sərmək, üstün həyatı reklam etmək kimi davranışlar artır. Bu cəmiyyətdə gərginliyi, kriminal vəziyyətləri, digər xoşagəlməz halların yaranmasına səbəb olur. Buna imkan verməmək üçün ictimai qınaq olmalıdır. Özünü göstərmək şəxsi məsələ deyil və cəmiyyətdə gərgin ovqatın yaranmasına səbəb olan addımlardır. Bütün ölkənin problemidir. Bu halları ictimai qınaq obyektinə çevirməklə imkanı nümayiş etdirməyin mənasız olduğunu göstərə bilərik.
O, cəmiyyət, o insan daha üstün sayılır ki, öz mədəniyyəti və əməli ilə seçilir. Cəmiyyətdə elə ovqat yaratmalıyıq ki, insanlar maddiyatı ilə öyünməyi mədəniyyətsizlik kimi dərk etsin. Elə gənclər özü də anlamalıdır ki, yalnız mədəniyyətində problem olan insan öz pulu ilə öyünür. Yüksək mədəniyyətli insan özünü maddiyyatı ilə reklam etməyə çalışmaz. Bu məsələlər ictimai qınaq obyektinə çevrilsə, cəmiyyəti xilas edə bilərik”.
Qeyd edək ki, Bakıda nömrəsi"555" olan bahalı avtomobillər toy karvanı yaradıb.
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm