“Space”də etiraz: “Vaqif Mustafayevin əmlakı satılsın, maaşlar ödənilsin!”
08:40 18.05.2021
Arxiv
769
“Space” telekanalının ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Ən əsası beş gün öz vəzifəsini icra edən Ülviyyə Mikayılovanın qəflətən istefa verməsi isə elə bil bu oda bir az da benzin səpdi. Ondan sonra diqqətlər televiziyanın yaradıcılıq böhranına deyil, maliyyə məsələlərinə yönəldi.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, işçilərin bir çoxu kanaldan aylarla maaşlarını ala bilmədikləri üçün ümumiyyətlə işə gəlib, öz səlahiyyətlərini yerinə yetirmir.
Bu barədə onlara irad bildirdikdə isə “Nə vaxt maaş olar, onda gələrik” deyə cavab verirlər. Kanalın əməkdaşlarının bir qismi isə sentyabra qədər maaşlarının bütöv ödənilməsini gözləyib, kanalı tərk edəcəklərini bildirirlər.
Mənbə bildirir ki, işçilərə maaşlar 2-3 aydan bir ödənilir. Belə ki, dekabr ayında iyunun maaşını alanlar yanvar, fevral və mart ayında məvacib almayıb. Daha sonra aprel ayında maaş alarkən işçilərə keçən ilin avqust ayı üçün əməkhaqqı ödənilib. Hazırda işçilərə ödənilən son məvacibin avqust ayı üçün nəzərdə tutulduğunu hesablasaq, kanalın əməkdaşları doqquz aylıq əldə edə bilmədikləri pullarını gözləyirlər. Mənbə bildirir ki, zamanında maaş ala bilməyən əməkdaşlar bu vəziyyətə etiraz etdikdə, V.Mustafayev tərəfindən dərhal kanaldan uzaqlaşdırılırdı.
Mənbə bildirir ki, heç nəyə baxmayaraq, bəzi sadiq işçilər kanalda proseslərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.
Kanalın bəzi işçiləri isə maaşlarını kanalın keçmiş rəhbəri Vaqif Mustafayevdən və proqram departamentinin direktoru olmuş Tamara Məmmədovadan tələb edir. Mənbə bildirir ki, kollektiv arasında “Vaqif müəllimin sağ əli” kimi tanınan “Toma” ləqəbli bu xanım son zamanlar kanalın bütün müqəddəratını həll edirdi.
Ağzı “süddən yanan”, aylarla maaş üzünə həsrət qalan kollektiv isə bu şəxslərdən halal zəhmətlərini, haqlarını tələb edir:
“Vaqif Mustafayev “Speys”in pulları ilə özünə nə qədər evlər, obyektlər aldı. “Toma”sına da nə qədər ev, obyekt alıb. Burada bir yol var bu əmlaklar onlardan müsadirə edilib, satışa çıxarılmalıdır ki, biz əməkhaqlarımızı alaq və kanal borc bataqlığından qurtulsun. Yoxsa bunun başqa yolu yoxdur”, - deyə əməkdaşlar etiraz edirlər.
Xatırladaq ki, 2006-cı ildən kanalın rəhbəri olmuş Vaqif Mustafayev 2021-ci il fevralın 5-də vəzifəsindən azad edilib.
Onu kanalda müvəqqəti olaraq, Kamil Şahverdiyev əvəz edib. Daha sonra isə may ayının 5-də rəsmi olaraq bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. Lakin beş gündən sonra o, qəfildən ərizə yazaraq istefa verib. Buna səbəb kimi isə kanalın borcunun həddən artıq çox olması göstərilib. Hazırda kanalı, yenə müvəqqəti olaraq, Kamil Şahverdiyev idarə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat