Spiker nazirə təklif verdi: "Bu qanunlara yenidən baxmaq lazımdır"



"Regionlarda məşğulluq səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün gələn ilin dövlət büdcəsində 80 milyon manat əlavə vəsait ayrılıb".

Sherg.az bildirir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, növbəti ilin dövlət büdcəsindən Gənclər Fondunun xərclərinə əlavə olaraq 2.7 milyon manat vəsaitin artırılması nəzərdə tutulub:

"Bundan əlavə, AMEA-nın xərclərinə 800 min manat, eşitmə və böyrək qüsurları ilə doğulan uşaqların müalicəsi üçün səhiyyə xərclərinə əlavə 4 milyon manat ayrılmalar nəzərdə tutulub”.
Müzakirə zamanı Milli Məclis sədri Oqtay Əsədov maliyyə nazirinə təklif verib. 

Spiker deyib ki, "Ehtiyac meyarı” və Yaşayış minimumu” haqqında qanunlara yenidən baxmaq lazımdır:

"Hörmətli maliyyə naziri Samir Şərifov, hesab edirəm ki, növbəti ildə "Ehtiyac meyarı” və Yaşayış minimumu” haqqında qanunlara yenidən baxmaq lazımdır".

Anar