Şri-Lanka: 300 ölü, 500 yaralı




Şri-Lankada kilsə və otellərdə törədilən partlayış nəticəsində ölənlərin sayı 300-ə çatıb.

"Sherg.az” "nouvelobs.com”a istinadən xəbər verir ki, yaralananların sayı da artaraq 500 -ə çatıb.
Bu barədə Şri-Lanka polisinin sözüçüsü Rüvan Qunbasekera məlumat yayıb.

O qeyd edib ki, partlayışı törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Qeyd edək ki, Şri Lankada eyni anda 3 kilsə və 3 otel partladılıb. Partlayışlar paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərində baş verib. Otel və kilsələrə hücum dünən saat 08:45-də həyata keçirilib. Hücumlardan 4-ü paytaxt Kolombonun payına düşüb.

Tərcümə etdi: Ayyət Əhməd