Stokholmda terror törədən şəxsin - FOTOSU




İsveç polisi Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayımlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onun artıq axtarışa verildiyi bildirilir.
Məlumata görə, hüquq-mühafizə orqanlarının mümkün terror aktı ilə bağlı məlumatları olmayıb.
Bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.