Subasma nəticəsində 700 nəfər ölüb




Hindistanda iyun ayından başlayan subasma nəticəsində ölənlərin sayı 700-ə çatıb. 

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki, bundan başqa milyonlarla insan öz yurd - yuvasını tərk etməli olub. Bu gün isə 11 nəfər dünyasını dəyişib. 

Hindistanın Qərbində yerləşən Qujarat bölgəsində isə 213 nəfər subasmanın qurbanı olub.Ölənlərin sayı isə getdikcə artır. 

Eyni zamanda bu ölkənin bir sıra əyalətlərində subasma ilə yanaşı torpaq sürüşməsi də baş verir.
Ölkənin şərqində yerləşən Odişada ildırımvurmadan 11 nəfər ölüb, 14 nəfər isə ağır xəsarət alıb. 

Ayyət ƏHMƏD