Suçiçəyi deyil, müalicəsi də tapılmır

 
10 aylıq körpənin üzündən  və bədənindən çıxan qırmızı sızanaqlara görə insanlar ona toxunmağa qorxur. "Daily Mail"in xəbərinə görə, İngiltərədə Oskar Lanqham adlı uşağın bədənindəki sızanaqlar suçiçəyi ilə qarışdırılır, ancaq vəziyyət daha ciddidir. Bu, nadir rast gəlinən bir xəstəlikdən qaynaqlanır. 6 ay əvvəl, uşağa  xərçəngə bənzər, immunitetlə əlaqəli bir xəstəlik olan langerhans hüceyrəli histiositoz diaqnozu qoyulub. Bu xəstəlik körpənin  ağ qan hüceyrələrinin normaldan çox olmasından qaynaqlanır. Kimyaterapiya görən və bir çox dərmandan istifadə edən körpənin bədənindəki kiçik şişlərdən bir dəyişiklik yoxdur.  Biri 20, digəri 26 yaşına olan gənc valideynlər pərişan halda oğullarının xəstəliyinə bir müalicə tapılmasını istəyir.