“Süd vannası” davasında qalib çıxdı
Yusif Nəzərli
21:22 10.06.2022
Arxiv
1182
Məhkum ona ödənilən maddi təzminatla razılaşmır
“Süd vannası” deyiləndə Misir şahzadəsi Kleopatra yada düşür. Təkcə o da yox. Qədimlərdən günümüzədək gəlib-keçmiş hömkdarlar, xanımları, zəngin insanların bir çoxu süd vannası – süd gölündə çimib. Söhbət süd vannasının xeyrindən getməyəcək. Günümüzdə yaşanmış qəribə hadisə barədə məlumat verəcəyik.
Bu barədə “Milliyet.com” saytı xəbər paylaşıb. Məlumatda qeyd olunur ki, Türkiyənin Konya şəhəri, Meram bölgəsində süd toplama mərkəzinin işçisi Emre Sayarın süd vannası qəbul etdiyinə dair görüntülər sosial şəbəkədə yayıldıqdan sonra Türkiyənin Tarım və Orman Bakanlığı hərəkətə keçib. Bakanlığın Konya üzrə şöbəsinin əməkdaşları iş yerinə gedərək tədqiqat aparıb. Yeyinti məhsullarının təmizliyi, sağlamlıq üçün təhdid daşıyan hallarla bağlı mövcud qanunun tələbləri əsas götürülərək süd toplama mərkəzinin fəaliyyətinə xitam verilib. Qida məhsulunun istehlakçılar üçün təhlükəli həddə gətirilməsi səbəbiylə mərkəzin işçisi Emre Sayar məsuliyyətə cəlb edilib, barəsində həbs-qətiimkan tədbiri seçilib. Məhkəmədən E.Sayara 2 ildən 15 ilədək həbs cəzası verilməsi tələb edilib. Lakin E.Sayar apelyasiya şikayəti ilə qəbul etdiyi “süd vannasına” yalnız dezinfeksiyaedici maddə və isti su, azacıq da süd artığı qoyduğunu sübuta yetirə bilib. Təqsirləndirilən şəxsin iddiasını araşdıran məhkəmə şəxsin uzandığı vannanın süd məhsulları üçün uyğun olmadığı, bu səbəbdən də istehlakçıların səhhətinə zərəri toxunmayacağını müəyyənləşdirərək E.Sayara bəraət verib. E.Sayar isə bununla kifayətlənməyərək təzminat davası açıb. “Pis bir şəkildə reklam olunduq, ölkədə bizi pis yöndən tanıdılar, etibarımız zədələndi. 2 ildir iş tapa bilmirəm. Buna görə də 20 min lirə maddi, 100 min lirə mənəvi təzminat davası açmışam”, söyləyən E.Sayara məhkəmə qərarıyla cəmi 450 lirə maddi, 700 lirə də mənəvi təzminat ödənməsinə qərar verib. “Bu təzminat yetərli deyil. Günahsız olduğum halda 6 gün həbsxanada saxlanmışam. Psixologiyam da, ailə düzənim də pozulub, alt-üst olub”, deyən E.Sayar isə yenidən məhkəməyə müraciət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Zelenski ABŞ rəsmiləri ilə danışıqlar aparıb
22:58 01.04.2026
Dünya
Tramp şahzadə ilə İranla atəşkəsi müzakirə etdi
22:36 01.04.2026
Gündəm
ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib
22:15 01.04.2026
Dünya
Dələduzluq edən 7 nəfər saxlanıldı
21:33 01.04.2026
Hadisə
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
21:05 01.04.2026
Dünya
İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib
20:50 01.04.2026
Dünya
Tramp İranla bağlı xalqa müraciət edəcək
20:34 01.04.2026
Dünya
İranın Ali lideri: Müqavimətə dəstək davam edəcək
20:17 01.04.2026
Gündəm
Tramp: NATO-dan iyrənirəm
20:00 01.04.2026
Dünya
SEPAH: Hörmüz boğazı açılmayacaq
19:37 01.04.2026
Region
Putin yeni qlobal ticarət marşrutunun siqnalını verir - ŞƏRH
18:44 01.04.2026
Gündəm
Portuqaliya Azərbaycanda səfirlik açacaq
18:40 01.04.2026
Siyasət
Əraqçi: İran atəşkəsi qəbul etmir
18:29 01.04.2026
Region
İranda 3 SEPAH zabiti öldürüldü
18:21 01.04.2026
Dünya
Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib
18:14 01.04.2026
Siyasət