"Sultan Süleyman" Bakıya gəlir

Uzun müddətdir gözlənilən "Əli və Nino” bədii filminin təqdimat mərasiminə sayılı günlər qalıb. Film oktyabrın 6-dan etibarən "Cinema Plus” kinoteatrında nümayişə başlayacaq.
Aile.lent.az-ın məlumatına görə, Qurban Səidin eyni adlı romanı əsasında çəkilmiş ekran əsərində baş rollardan birini tanınmış türk aktyoru Halit Ergenç ifa edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski rolunu oynayıb. Halit Ergençin "Əli və Nino” filminin təqdimatında iştirak etmək üçün Bakıya səfər edəcəyi gözlənilir.
Halit Ergenç tamaşaçıların yaddaşında daha çox "Möhtəşəm yüzyıl” televiziya serialında yaratdığı Sultan Süleyman obrazı ilə qalıb.