Sumqayıt İH-dən bulvardakı üfunətlə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO
13:23 12.06.2021
Arxiv
796
Xəzər dənizinin Sumqayıt sahilində xüsusilə bulvar ərazisində çirkab suların dənizə axıdılması qeyri-mümkündür.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.
Sumqayıt sakinlərinin iddialarını cavablandıran qurum rəsmisinin sözlərinə görə, Sumqayıtda mərkəzləşmiş kanalizasiya sistemi qurulub:
“Şəhərdə mərkəzləşmiş kanalizasiya sistemi mövcud olduğundan bulvar ərazisindən dənizə kanalizasiya suyunun axıdılmasına dair iddialar həqiqəti əks etdirmir. Bütün kanalizasiya xətləri mərkəzləşdirilmiş sistemə qoşulur. Bəzi ərazilərdə yağış və qrunt sularının axıdılması üçün borular mövcud ola bilər. Ancaq bu borulardan çirkab suların axıdılması mümkün deyil. Çünki bu məsələ şəhər ərazisində xüsusi diqqət mərkəzində saxlanılır”.
11:44
Sumqayıtın göz oxşayan Bulvarında kanalizasiya qoxusu əlindən istirahət etmək mümkün deyil.
Bu barədə Oxu.Az-ın redaksiyasına şəhər sakinləri tərəfindən şikayət ünvanlanıb.
Sumqayıt sakinləri deyir ki, bir müddət bulvarın səliqəsiz görkəmindən, istirahət üçün zəruri şəraitin olmadığından şikayətlənirdilər. Lakin, buna baxmayaraq sahilin havası bu qədər üfunətli deyildi. Artıq Sumqayıt Şəhər Bulvarı abadlaşdırılıb, gözəl istirahət zonasına çevrilib.
Lakin, təəssüf ki, bu gün də insanlar yaradılan gözəl məkanda istirahət edə bilmirlər. Səbəb isə bulvarı bürüyən kanalizasiya, üfunət qoxusudur.
Kanalizasiya qoxusu səbəbindən Bulvara nəinki yerli sakinlər, heç turistlər də gələ bilmir.
Bəs bunun səbəbi nədir?
Qeyd edək ki, bu mövzuya dəfələrlə toxunulsa da, heç bir nəticə əldə olunmayıb.
Sakinlər iddia edir ki, bulvar ərazisində gələn pis qoxunun səbəbi ətrafdakı iaşə obyektlərindən, eləcə də yeni tikilən yaşayış binalarından axıdılan çirkab-kanalizasiya sularının dənizə tökülməsidir.
Hazırda Sumqayıt Şəhər Bulvarında dəniz sahilində əsl ekoloji faciə yaşanır. Sahil məişət tullantıları, çirkab suları, yosun çürüntüsü, ölü balıqlarla doludur.
Maraqlıdır ki, ərazidə niyə müvafiq olaraq monitorinqlər aparılmır? Aparılırsa bu monitorinqlərin nəticəsi barədə niyə aidiyyəti üzrə tədbirlər görülmür? Aidiyyəti qurumlar mövcud vəziyyətdən bixəbər ola bilərlər?
Qeyd etdiyimiz kimi, məsələ ilə bağlı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Amma məsələ ilə bağlı hələ də müvafiq cavab verilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə